-
- 3-02-2024, 23:01
- 644
Naməlum şəxs məşhur müğənnini qaçırmağa cəhd etdi
Rusiyanın paytaxtı Moskvanın mərkəzində naməlum şəxs 38 yaşlı müğənni Byankanı (Tatyana Lipnitskaya) qaçırmağa cəhd edib.
News24.az Lent.az-a istinadla xəbər verir ki, müğənni bu barədə sosial şəbəkələrdə bildirib.
Byanka manikür üçün gözəllik salonuna gedib. Salonun çıxışında, əlində çubuqlu naməlum şəxs onun yanına qaçıb və maşına minməyi əmr edib. Müğənninin qışqırmasından sonra təcavüzkar qaçıb.
Byanka əlavə edib ki, həmin şəxsin boyu iki metr olub və “Çikatilo” ilə oxşar sifətə malikdir.
Müğənninin polisə müraciət edəcəyi deyilir.