Moskvada erməni iş adamını güllələyən şəxs saxlanıldı
    • 3-06-2022, 10:16
    • 269

Moskvada erməni iş adamını güllələyən şəxs saxlanıldı

Moskvanın mərkəzində, Komsomolski prospektində naməlum şəxs 62 yaşlı erməni iş adamı Ohannes Kamaryanı güllələyib.

 News24.az Rusiya mediasına istinadən xəbər verir ki, iş adamı arxadan güllələnib. Hadisə baş verərkən onun yanında bir qız olub. Silahlı şəxs Kamaryanı əvvəlcə kürəyindən, sonra isə başından vurub. O, yerə yıxılan biznesmenin şəklini də çəkib və hadisə yerindən qaçıb.

Polis hazırda onu axtarır. 

Qeyd edək ki, Ohannes Kamaryan konsaltinq şirkətinin sahibi olub.

***

“RİA Novosti”nin məlumatına görə, Ohannes Kamaryanın qətlə yetirilməsində şübhəli bilinən bir şəxs saxlanılıb. 

Həmçinin məlum olub ki, Kamaryan Ermənistanda axtarışda olub.