-
- 22-02-2022, 12:53
- 445
Keçmiş məhkum evlərdən BELƏ OĞURLUQ ETDİ - VİDEO
Bakıda özünü kuryer kimi təqdim edərək evlərdən oğurluq edən şəxs saxlanılıb.
DİN mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, paytaxtın Nizami rayonunda naməlum şəxs mənzillərdən birinə yaxınlaşıb özünü kuryer kimi təqdim edərək ev sahibinə xaricdən sovqat gətirdiyini bildirib. Daha sonra həmin şəxs sovqatı təqdim etmək üçün sənəd istəyib. Zərərçəkənin sənəd dalınca digər otağa keçməsindən istifadə edən naməlum şəxs mənzilin yataq otağından içərisində 2400 manat, eləcə də qızıl-zinət əşyaları olan pul kisəsini oğurlayaraq hadisə yerindən qaçıb.
Oxşar məzmunlu şikayətlə daha bir Nizami rayon sakini polisə müraciət edib.
İkinci mənzildə qeydə alınan hadisə zamanı isə həmin şəxs ev yiyəsinin 2500 manatını oğurlayıb.
Keçirilən əməliyyat zamanı həmin hadisələri törətməkdə şübhəli bilinən, paytaxt sakini əvvəllər də məhkum edilmiş Azad Məmmədov saxlanılıb.
O, ifadəsində törətdiyi hadisələri etiraf edib.
Faktlarla bağlı istintaq tədbirləri davam etdirilir.