-
- 4-02-2024, 18:11
- 210
Qaçırılan məktəblilər sərbəst buraxıldı
Nigeriyanın cənub-qərbində naməlum silahlı qrup tərəfindən qaçırılan 6 nigeriyalı məktəbli və 3 müəllim sərbəst buraxılıb.
News24.az Modern.az-a istinadən xəbər verir ki, qaçırılan zaman uşaqların və müəllimlərin olduğu avtobusun sürücüsü hücumçular tərəfindən öldürülüb. “Sərbəst buraxılanlar lazımi tibbi və psixoloji yardım almaq üçün xəstəxanaya aparılacaq”, - deyə “Reuters” bildirib.
Oğurluq hadisəsi yanvarın 30-da baş verib. Daha sonra təhlükəsizlik xidmətləri cinayətkarların izinə düşüb.
Bundan əvvəl Nigeriyada 48 təşkilat və hərəkat mövcud təhlükəsizlik vəziyyəti və çoxlu sayda mülki şəxsin qaçırılması və öldürülməsi ilə əlaqədar hakimiyyət orqanlarını ölkədə fövqəladə vəziyyət elan etməyə çağırıb.