Türkiyə mediası azərbaycanlı qızı  biabır etdi
    • 4-02-2024, 19:41
    • 603

Türkiyə mediası azərbaycanlı qızı biabır etdi

İstanbulun Sultanqazi rayonunda sevgilisi ilə zərgərlik mağazasını soymağa cəhd edərkən tutularaq həbs edilən azərbaycanlı Öznur Hüseynovanın 2022-ci ildə motosiklet kuryeri işləyərkən keçirdiyi qəzadan sonra başına gələnləri televiziyada danışdığı məlum olub.

News24.az Oxu24.com-a istinadla xəbər verir  ki, hadisə cümə günü səhər saatlarında Esentepe səmtindəki zərgərdə baş verib.

Əldə edilən məlumata görə, azərbaycanlı Öznur Hüseynova (22) və sevgilisi olduğu iddia edilən Enes Ərdoğan (27) zərgərlik mağazasına daxil olublar.

Tapançanı iş yerindəki işçiyə doğrultaraq zərgəri soymağa çalışıb.

İstanbulda sevgilisi ilə zərgəri soyarkən yaxalanan qadının tanış olduğu üzə çıxıb.

Mağaza sahibi silahlı şübhəliləri zərərsizləşdirərək polisə xəbər verib. Hadisə yerinə gələn polis qrupları şübhəliləri polis bölməsinə aparıb. Şübhəli cütlüyün verdiyi ifadədə evlənmək üçün pul tapmadıqlarını deyərək zərgəri soymağa çalışdıqları öyrənilib. Şübhəlilər məhkəmə tərəfindən həbs edilib.