-
- 5-04-2023, 14:45
- 862
Şəhərin mərkəzində 18 milyonluq brilyant, saat və qızıl oğurlandı
İstanbulda 2 zərgərlik mağazasından təxminən 18 milyon lirə soyğunçuluq edən 4 şübhəli yaxalanıb.
News24.az xəbər verir ki, soyğun martın 17-də Şişlidə və 23-də Başakşehirdə baş verib.
İstintaq zamanı məlum olub ki, gecə saatlarında Şişlidə H.E.-yə məxsus zərgərlik mağazasına iki ayrı motosikletlə gələn 4 şübhəli şüşəni sındıraraq brilyant-zinət əşyaları və 3 ədəd yüksək qiymətli qol saatı oğurlayıblar.
Araşdırmalar zamanı Başakşehirdə 4 şübhəlinin O.Ş. adlı şəxsə məxsus mağazaya eyni üsulla daxil olaraq oğurluq etdikləri məlum olub.
Təhlükəsizlik kamerası görüntüləri vasitəsilə şəxsiyyətləri müəyyən edilən soyğunçular saxlanılıblar. /Haber Global/