Qəzzada ölənlərin sayı SÜRƏTLƏ ARTIR - VİDEO
    • 4-02-2024, 19:53
    • 150

Qəzzada ölənlərin sayı SÜRƏTLƏ ARTIR - VİDEO

Qəzzada son sutka ərzində 127 fələstinli həlak olub, 178-i yaralanıb.

RTV-nin məlumatına görə, bu barədə Qəzzadakı səhiyyə qurumu xəbər verib. 

Ötən il, oktyabrın 7-dən ötən müddətdə Qəzza zolağında ümumilikdə 27 min 365 fələstinli həlak olub, 66 min 630-u yaralanıb.

Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HAMAS-ın İsrailin cənubuna gözlənilməz hücumu nəticəsində 1200-dən çox israilli qətlə yetirilib, 240-dan çoxu girov götürülüb. 

Bundan sonra İsrail hərbi qüvvələri Qəzzada HAMAS-a qarşı “Dəmir qılınclar” hərbi əməliyyata başlayıb.