Qəzzada ölənlərin sayı 22600-ə çatdı
    • 5-01-2024, 19:20
    • 271

Qəzzada ölənlərin sayı 22600-ə çatdı

Oktyabrın 7-dən bəri Qəzza zolağında ölənlərin sayı 22600-ə çatıb.

News24.az xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Məlumata görə, yaralananların sayı isə 57910 nəfərdir.

Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HAMAS-ın İsrailin cənubuna gözlənilməz hücumu nəticəsində 1200-dən çox israilli qətlə yetirilib, 240-dan çox israilli girov götürülüb. Bundan sonra İsrail hərbi qüvvələri HAMAS-a qarşı Qəzzada hərbi əməliyyata başlayıb.