Balakəndə ev yandı
    • 4-02-2024, 20:04
    • 147

Balakəndə ev yandı

Balakəndə fərdi yaşayış  evi yanıb.

News24.az apa-ya istinadla bildirir ki, yanğın səhər saat 13 radələrində rayonun Qazma  kəndində, kənd sakini  Səlihət İbey qızı Yüzbaşiyevaya məxsus  ümumi sahəsi 120 kv/m olan kürsülü birmərtəbəli 3 otaqdan  ibarət fərdi yaşayış evində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və  şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin  yanar konstruksiyaları və ev əşyaları tamamilə  yanıb. Yaxınlıqdakı digər tikililər  yanğından mühafizə olunub. 

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.