Zaqatalada beşotaqlı ev yanıb
    • 3-01-2024, 20:23
    • 227

Zaqatalada beşotaqlı ev yanıb


Zaqatalada 5 otaqlı fərdi yaşayış evi yanıb.

News24.az APA-ya istinadla bildirir ki, yanğın hadisəsi axşam saatlarında rayonun Yeni Suvagil kəndində, kənd sakini Aydın Məmməd oğlu Ramazanova məxsus, ümumi sahəsə 150 kv/m olan kürsülü 5 otaqdan ibarət fərdi yaşayış evində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Yanğın baş verən zaman ailə üzvləri toy məclisində olublar.

Faktla bağlı araşdırma aparılır.