-
- 17-04-2019, 09:41
- 1 813
Azərbaycanda 15 yaşlı qız oğurlandı – Zorla maşına mindirib apardılar
2017-ci ilin noyabr ayında Ağcabədi rayonunun Minəxorlu kəndində 15 yaşlı qızı qaçıran qrupun üzvü, həmin hadisədə sürücü kimi iştirak edən 1991-ci il təvəllüdlü Həsənov Rahib Nüdrət oğlu Ali Məhkəməyə müraciət edib.
News24.az-ın məlumatına görə dostunun həmin kənddə yaşayan 15 yaşlı Leylanın qaçırılması planına qoşulan Rahib Həsənov birinci instansiya məhkəməsinin onun barəsində verdiyi 5 il həbs cəzasından narazı qalaraq Apelyasiya Məhkəməsinə üz tutub. Apelyasiya Məhkəməsi iddianı təmin etmədiyi üçün o, Ali Məhkəməyə müraciət edib və barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.
Məlumata görə, R.Həsənov Cinayət Məcəlləsinin 144.3-cü, adam oğurluğu - yəni yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilməsi maddəsi ilə məhkum edilib. Həmin hadisənin əsas iştirakçısı və planlayan M.Qəhrəmanov isə 10 il müddətinə həbs edilib.
Qeyd edək ki, 2017-ci ilin noyabrında Qəhrəmanov Müqəddəs Aydın oğlu həmkəndliləri Həsənov Təhmasib Savalan oğlu və Həsənov Rahib Nüdrət oğlu ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2002-ci ilin oktyabrında anadan olan Məmmədova Leylanı evlənmək məqsədilə zorla qaçırılması barədə razılığa gəlib, əvvəlcədən öz aralarında vəzifə bölgüsü aparıblar. Onlar 23 noyabr 2017-ci il tarixdə saat 16:20 radələrində Ağcabədi rayonu, Minəxorlu kəndində yerləşən bulaqdan evlərinə su gətirən - yetkinlik yaşına çatmayan Leylaya yaxınlaşaraq qollarından tutub zorla Rahib Həsənovun idarə etdiyi “VAZ-21063” markalı 35-BC-670 dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirib Ağcabədi şəhəri, E.İsmayılov küçəsi, təzə məhəllədə yerləşən fərdi yaşayış evinə aparıblar.