Yasamalda yaşayış binasında yanğın - 20 nəfər təxliyyə olundu
    • 17-04-2019, 10:28
    • 1 080

Yasamalda yaşayış binasında yanğın - 20 nəfər təxliyyə olundu

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 30 ədəd elektrik sayğacı və 10 p.m kabel yanıb.

News24.az xəbər verir ki, yanğın zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər və digər elektrik sayğacları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;ws