Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın - 14 SAKİN TƏXLİYƏ OLUNDU
    • 27-02-2020, 10:12
    • 871

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın - 14 SAKİN TƏXLİYƏ OLUNDU

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının altıncı mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 4 ədəd elektrik sayğacı və 2 p.m elektrik naqili yanıb. Yanğın zamanı 4-ü azyaşlı olmaqla 14 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;