-
- 6-02-2024, 14:22
- 518
Elşən Xəzərin dayısı oğlu faciəvi şəkildə ÖLDÜ
Bakıda 19 yaşlı oğlan dəm qazından boğulub.
News24.az qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə Xətai rayonunun 7-ci Əhmədli küçəsindəki fərdi yaşayış evində baş verib. 2005-ci il təvəllüdlü Məmmədli Hacıbala Elman oğlu hamam otağında olarkən qazdan zəhərlənib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, vəfat edən gənc meyxanaçı Elşən Xəzərin dayısı oğludur.