Bakıda gənc oğlan faciəvi şəkildə öldü
    • 17-12-2023, 12:50
    • 210

Bakıda gənc oğlan faciəvi şəkildə öldü


Bakıda kişi qazdan zəhərlənib.

News24.az lent.az-a istinadən bildirir ki, hadisə gecə saat 3 radələrində Binəqədi rayonunda qeydə alınıb.

26 yaşlı Abbasov Əli Musa oğlu yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək huşunu itirib.

O, yaxınları tərəfindən Kliniki Tibbi Mərkəzə aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.