-
- 7-11-2024, 18:34
- 293
Telefonu şarjda yatanların nəzərinə: Elə bir zərəri var ki...
Böyük Britaniyanın yanğın təhlükəsizliyi üzrə aparıcı şirkətlərindən biri olan Firechief Global telefonların gecə yataq otağında enerji ilə doldurulmasının təhlükələri barədə xəbərdarlıq edib.
News24.az xəbər verir ki, məlumatlara görə, əhalinin böyük bir hissəsində telefonlarını gecələr yataqda doldurmaq vərdişi var, lakin mütəxəssislər bu vərdişin ciddi yanğın riskləri yaratdığını bildiriblər.
Sertifikatlı yuxu mütəxəssisi Ana Brito, yataq otağında telefonların doldurulmasının yuxu keyfiyyətinə mənfi təsir etdiyini söyləyərək, telefonların gecə boyu davamlı bildirişlər və ekran işığı səbəbiylə yuxu rejimini poza biləcəyinə diqqət çəkib. Bu vəziyyətin dərin yuxuya keçidinə maneə törətdiyini ifadə edən Brito, yuxu gigiyenasını yaxşılaşdırmaq üçün texnologiyadan uzaq bir məkan yaratmağın əhəmiyyətini vurğulayıb. Digər tərəfdən Brito, yatmadan ən az bir saat əvvəl ekranlardan qaçınmaq lazım olduğunu da söyləyib.
Firechief Qlobal Baş Meneceri Laurie Pollard, şarj edərkən telefonları yastıq və ya yorğan altında gizlətməyin böyük yanğın riski yaratdığına diqqət çəkib. Pollard bildirib ki, telefonlar yanan materiallardan uzaq, düz və açıq səthlərdə doldurulmalıdır.
Məryəm İlhamqızı