-
- 6-02-2024, 19:15
- 289
Kral və gəlini niyə xərçəng oldu? – Britaniya Kral sarayında kollaps
Kraliçanın ölümündən sonra nəhayət ki, taxta çıxan Karlın xalqa xidməti uzun çəkməyib. Kral səhhətində problemlər yaşayır.
News24.az “Medicina”a istinadla xəbər verir ki, 75 yaşlı III Karlda prostat vəzin xərçəngi aşkarlanıb.
Bukinhem sarayı xüsusi məlumat yayaraq, Karlın diaqnozunu rəsmən elan edib. Elə diaqnoz qoyulan gündən müalicəyə başlayan kral hələ ki, tədbirlərə və səfərlərə getməyəcək, saray daxilində rəsmi vəzifəsini icra edə biləcək.
Eyni ayda sarayın gəlini, şahzadə Keyt də qarın boşluğundan əməliyyat edilib və 1 aydır görünmür. Qeyri-rəsmi mənbələr onda da xərçəng aşkarlandığını yayıb.
Əslində xərçəng diaqnozu kral sarayı və nəslində qeyri-adi hal deyil. Kralın ana xətti ilə babası, nənəsi xərçəng olub, hətta çox güman ki, Yelizaveta özü də elə ahıl yaşda olsa da xərçəngdən vəfat etmişdi.
Karl özü xəstəliyi barədə ailəsi, qardaş, bacılarına danışıb. Atasının xəbərini alan kimi ABŞ-da yaşayan şahzadə Harri Londona gəlib.
Britaniya mətbuatı müalicə uzun və çətin keçərsə, şahzadə Vilyamın atasını bir müddət əvəz edə biləcəyini yazır.
Monarxın tibbi kitabçasında elə də ciddi xəstəlikləri olmayıb, o bir neçə dəfə atdan yıxıldığı üçün travma və sıbıqları olub. Eləcə də o, əl, qol, boyun, bel ağrısından şikayət edirdi.
Onun anası II Yelizavetanın sümük iliyi xərçəngindən əziyyət çəkdiyi bildirilirdi.
Bu xəstəliyin əsas simptomu çanaq və sümüklərdə güclü ağrılardır. Amma bu diaqnoz rəsmi deyil.
Keyt Midltonun qəflətən xəstəxanaya yerləşdirilib əməliyyat olunması da Britaniyanı çalxalayıb. O, hələ də ortalıqda görünmür və mart ayındakı bütün əsas rəsmi tədbir və bayramlarda iştirak etməyəcək.