Türkiyədə məhkəməyə silahlı hücuma görə 34 nəfər SAXLANILDI
    • 6-02-2024, 18:44
    • 229

Türkiyədə məhkəməyə silahlı hücuma görə 34 nəfər SAXLANILDI

Türkiyədə məhkəmə binasına silahlı hücumla bağlı 34 nəfər saxlanılıb.

News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç məlumat verib. 

Tunçun sözlərinə görə, hazırda faktla bağlı araşdırma davam etdirilir.

Qeyd edək ki, hadisənin istintaq prosesi baş prokurorun 1 müavini və 5 dövlət ittihamçısına həvalə edilib.