-
- 6-02-2024, 22:00
- 189
Barış Mançonun həyatı film olacaq
Türk musiqisinin əfsanələrindən olan Barış Mançonun həyatı haqqında film çəkiləcək.
News24.az Publika.az-a istinadla xəbər verir ki, Barış Mançonun ailəsi - Lale Manço Ahıskalı, Doğukan Manço və Batıkan Manço artıq film müqaviləsi imzalayıblar.
Filmi Timur Savcı və Camal Okanın rəhbərlik etdiyi “TAFF pictures” şirkəti çəkəcək. C. Okan filmlə bağlı açıqlama verib: “Ailə ilə il yarım il əvvəl müqavilə bağlamışdıq. Hazırda işlər davam edir. Ssenari Yiğit Güralp tərəfindən yazılıb. Filmi yayda çəkməyi planlaşdırırıq. Rejissor Ketche (Hakan Kırvavaç) olacaq”.
Filmlə bağlı digər təfərrüat hələ bəlli deyil. Əfsanəvi ulduzun həyatını hansı aktyorun canlandıracağı da açıqlanmayıb.
Qeyd edək ki, B. Manço 1999-cu il fevralın 1-də 56 yaşında Kadıköydəki evində ürək tutmasından vəfat edib.