Barış Akarsunun həyatından FİLM ÇƏKİLƏCƏK
    • 9-04-2022, 18:30
    • 285

Barış Akarsunun həyatından FİLM ÇƏKİLƏCƏK

Türkiyə rok musiqisinin ulduzu olan məşhur müğənni Barış Akarsunun həyatı haqda film çəkilir.

News24.az Haberturk.com-a istinadla xəbər verir ki, ekran işində sənətçini aktyor İsmayıl Ege Şaşmaz canlandıracaq.
Şaşmaz artıq filmin çəkilişləri üçün hazırlıqlara da başlayıb.

Xatırladaq ki, Akarsu 30 iyun 2007-ci ildə dostları tərəfindən təşkil olunan öz ad günü yığıncağına gedərkən yol qəzası baş verib. Günlərlə reanimasiyada qalmasına baxmayaraq, o, 4 iyul tarixində vəfat edib.