Türkiyədə zəncirvari qəzada 10 nəfər yaralanıb
    • 7-02-2024, 07:57
    • 115

Türkiyədə zəncirvari qəzada 10 nəfər yaralanıb


Türkiyədə Afyonkarahisar - Kütahya magistral yolunda üç avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

News24.az report.az-a istinadən xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

Bildirilib ki, yolun Afyonkarahisardan keçən hissəsində baş vermiş qəzada ikisi uşaq olmaqla 10 nəfər yaralanıb. Yaralılar xəstəxanaya aparılıblar.

Olay yerinə təcili tibbi yardım briqadaları, polis əməkdaşları və yanğınsöndürənlər cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.