Türkiyədə zəncirvari qəza: 2 ölü, 20 yaralı
    • 29-05-2023, 23:39
    • 270

Türkiyədə zəncirvari qəza: 2 ölü, 20 yaralı

Türkiyədə zəncirvari qəza olub.

Bu barədə NTV məlumat yayıb. Tarsus-Adana-Qaziantep avtomobil yolunda baş verən qəzada 2 nəfər ölüb, 20 nəfər yaralanıb.

Qəza səbəbindən 5 kilometrə yaxın tıxac yaranıb. Qəzada 3 yük maşını, 2 mikroavtobus və 1 motosiklet toqquşub.

Hadisə yerinə çox sayda təcili yardım və polis qrupları sövq edilib. /APA/