Bakıda iki xalaoğlu qadını izlədi və maşında onu…
    • 17-04-2019, 12:30
    • 2 415

Bakıda iki xalaoğlu qadını izlədi və maşında onu…

Keçən ilin sentyabrında Bakının Xətai rayonunda qadına qarşı quldurluq etmiş 2 xalaoğlu barəsindəki ibtidai istintaq yekunlaşıb. 

News24.az-ın məlumatına görə, Zaqatala rayon sakini İntiqam Yunusov və xalası oğlu, Qax rayon sakini Yaqub Məmmədov barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci, yəni quldurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə başlanan iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Mayıl Bayramovun sədrliyi ilə baxılacaq.

Məlumata görə, keçən ilin sentyabr ayında Xətaidə qadını bıçaqla hədələyərək pulunu və qızıllarını ələ keçirən və ona qarşı əxlaqsız hərəkətlər edən xalaoğlanları saxlanılıb. Xətai Rayon Polis İdarəsinə müraciət edən rayon sakini, şərti adı N.Z. olan qadın iki nəfər naməlum şəxsin onu bıçaqla hədələyərək 600 manat pul və 10000 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirdiklərini, habelə idarə etdiyi "Changan" markalı avtomobildə ona qarşı əxlaqsız hərəkətlər etdiklərini bildirib.

İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Zaqatala rayon sakini İntiqam Yunusov və xalası oğlu, Qax rayon sakini Yaqub Məmmədov saxlanılıblar.

Saxlanılan şəxslər ifadələrində hadisə günü qadını izlədiklərini və zərərçəkən qadın idarə etdiyi avtomobildən düşən zaman ona yaxınlaşaraq qeyd edilən cinayəti törətdiklərini bildiriblər.