30-a yaxın qadına əxlaqsız hərəkət edən şəxs bu imiş
    • 22-08-2019, 20:47
    • 1 176

30-a yaxın qadına əxlaqsız hərəkət edən şəxs bu imiş

Bakıda qadınlara qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilən Rauf Süleymanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
News24.az xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, R.Süleymanov ötən ilin sentyabr ayında Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.
Rəsmi məlumata əsasən, o, rayon ərazisində yetkinlik yaşına çatmayan bir qıza qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinib.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs, əsasən, səhər saatlarında azyaşlılara və qadınlara hücum edərək onlara qarşı əxlaqsız hərəkətlər edib. R.Süleymanov ifadəsində Xətai, eləcə də ətraf rayonların ərazisində 30-a yaxın şəxsə qarşı bu cür hərəkətlər etdiyini bildirib.
Hazırda cinayət işində iki zərərçəkmiş qadın var.