-
- 7-02-2024, 19:32
- 235
12 yaşlı qız faciəvi şəkildə öldü
Ağsuda dəm qazından ölüm hadisəsi baş verib.
News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, Ağsu şəhər S.Rzayev küçəsində yaşayan 2012-ci il təvəllüdlü Sadıqova Fidan Valeh qızı hamam otağında dəm qazından zəhərlənib.
O, Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada göstərilən ilkin tibbi yardıma baxmayaraq 12 yaşlı qız xəstəxanada dünyasını dəyişib.