Nənə və nəvəsi dəm qazından zəhərləndi
    • 25-02-2023, 23:41
    • 210

Nənə və nəvəsi dəm qazından zəhərləndi

Şəki rayonunun Oxud kəndində nənə və nəvə dəm qazından zəhərlənib.

Hadisə bu gün baş verib.

Belə ki, həmin kəndin sakinləri 1955-ci il təvəllüdlü Məmmədova Validə Nəsif qızı və onun nəvəsi 2012-ci il təvəllüdlü Məmmədli Aydan Arif qızı yaşadıqları evin hamam otağında dəm qazından zəhərlənərək Şəki rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.
 
Hazırda nənə və nəvənin müalicəsi xəstəxanada davam etdirilir. /Qafqazinfo/