"Moyka"dan maşın qaçırıb QƏZA TÖRƏTDİ
    • 8-02-2024, 11:47
    • 241

"Moyka"dan maşın qaçırıb QƏZA TÖRƏTDİ

Yasamal rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “Chevrolet” markalı avtomobilin qaçırılması və idarə edilərkən “Toyota” markalı avtomobilə vurulması barədə polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsində yuyucu işləyən Səməd Əliyev saxlanılıb.