Avtoyuma məntəqəsindən maşını qaçırıb QƏZA TÖRƏTDİ
    • 4-08-2023, 10:19
    • 187

Avtoyuma məntəqəsindən maşını qaçırıb QƏZA TÖRƏTDİ

Bakıda avtoyuma məntəqəsindən nəqliyyat vasitəsini qaçıraraq qəza törədən şəxs saxlanılıb.

Bu barədə  News24.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Belə ki, avqustun 2-də saat 21 radələrində Xətai rayonu ərazisindəki avtoyuma məntəqələrinin birindən “Hyundai” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla avtomobilin paytaxt sakini Niyazi Çatdayev tərəfindən qaçırılması və idarə edilərkən Cavanşir küçəsində “Kia” markalı avtomobillə toqquşması müəyyən olunub.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən N.Çatdayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.