Blinken Qırğızıstana xəbərdarlıq məktubu yazdı
    • 8-02-2024, 19:00
    • 225

Blinken Qırğızıstana xəbərdarlıq məktubu yazdı

Yanvarın sonunda ABŞ dövlət katibi Antoni Blinken Qırğızıstan prezidenti Sadır Japarova rəsmi məktub yazaraq, xarici agent qanunlarının Qırğızıstan demokratiyası üçün təhlükələri barədə Bişkeki xəbərdar edib.

News24.az xəbər verir ki, sənədin mətnini “Akipress” təqdim edib.

“Mən Qırğızıstan Parlamentinin Xarici Nümayəndələr Qanunu qəbul olunarsa, qeyri-hökumət təşkilatlarına ağır mülki və cinayət cəzası verəcək qanun layihəsi ilə bağlı narahatlığımı bildirmək üçün yazıram”, - deyə Dövlət Departamentinin rəhbəri yazıb.

O bildirib ki, Vaşinqton digər ölkələrin təcrübəsindən belə qanunların nəticələrini bilir və müvafiq hüquqi normalar qəbul olunarsa, Bişkekə beynəlxalq dəstəyin azalacağından narahatdır.

Mehriban Mirzəzadə