Bakıda tutulan yüksək vəzifəli məmur əlləri qandallı aparıldı
    • 28-12-2018, 10:28
    • 954

Bakıda tutulan yüksək vəzifəli məmur əlləri qandallı aparıldı

Korrupsiya ittihamları ilə beynəlxalq axtarışa verilmiş Qırğızıstan Respublikasının Dövlət Gömrük Xidmətinin (DGX) sabiq rəhbəri Adamkul Junusov Azərbaycandan Bişkekə ekstradisiya olunub.

Bu barədə Qırğızıstan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

"Bu il dekabrın 14-də Azərbaycan Respublikası Baş Prokurorluğu Qırğızıstan Respublikası Baş Prokurorluğunun vətəndaş A.Junusovu Qırğızıstan Respublikası Hökuməti yanında İqtisadi Cinayətkarlıqla Mübarizə üzrə Dövlət Xidmətinin icraatında olan cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb edilməsi məqsədi ilə ekstradisiya olunması xahişini qəbul edib", - Baş Prokurorluğun məlumatında deyilir.

Qeyd olunur ki, dekabrın 28-də İqtisadi Cinayətkarlıqla Mübarizə üzrə Dövlət Xidmətinin əməkdaşları Qırğızıstanın Baş Prokurorluğunun tapşırığı əsasında A.Junusovu Bişkekə aparıblar.

Məlumatda vurğulanır ki, ekstradisiya Qırğız və Azərbaycan Baş Prokurorluqlarının qarşılıqı əməkdaşılığı sayəsində mümkün olub.
Xatırladaq ki, A.Junusov bu il dekabrın 5-də Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb. Azərbaycan Qırğızıstan Respublikası DGK-nın sabiq rəhbərinin ekstradisiyasına icazə verib.
Qeyd edək ki, A.Junusov Qırğızıstan prezidentinin dostu olub.

//Virtualorg