-
- 9-02-2024, 15:10
- 469
Ölkədə benzin və dizelin qiyməti artacaq?
Ötən gün qardaş ölkə Türkiyədə benzinin və dizelin qiyməti qalxıb. Bəs Azərbaycanda benzin və dizelin qiymətində artım müşahidə olunurmu?
Məsələ ilə bağlı News24.az-a açıqlama verən neft sahəsi üzrə ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri, İlham Şaban bildirdi ki, yaxın zamanlarda benzin və dizelin qiymətində artımın olması gözlənilmir:
“Benzin və dizelin qiyməti o zaman qalxa bilər ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Tarif Şurasına və yaxud hökumətə müraciət etsin. Yəni çəkilən xərclər ilə əldə edilən topdan satış qiymətləri onun istehsal xərclərini örtməyə qadir deyil və yaxud marja kritik həddədir. Belə olan halda isə qiymət artımı ola bilər. Yadınızdadırsa, avtobus sahibləri bir müddət öncə bildirmişdilər ki, onların artıq qazancları xərclərini ödəmir. Nəticə etibarilə, ictimai nəqliyyatda gediş haqqı 20 qəpikdən 30-a, ondan sonra da 40 qəpiyə qədər artırıldı. Ancaq bu gün biz bircə dəfə də olsun benzinin istehsalçısı və yaxud dizelin istehsalçısından belə bir xəbər eşitməmişik”.
Mehriban Mirzəzadə