Soyuq hovuz, 2 dərəcə istilik – NİGARIN 18 SAATLIQ KLİPİ - VİDEO
    • 17-04-2019, 16:08
    • 1 504

Soyuq hovuz, 2 dərəcə istilik – NİGARIN 18 SAATLIQ KLİPİ - VİDEO

Müğənni Nigar Camal növbəti klipini çəkdirib. 

News24.az xəbər verir ki, ifaçı bu dəfə çəkilişlər üçün Ukraynaya yollanıb. Fərqli ekran işi ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşan N.Camal, yeniliyi haqda bunları deyib: “Çəkilişlər Kiyevdə baş tutdu. Peşəkar komanda ilə çalışdıq. Doğrudan da işini sevən insanlarla işbirliyi qurmaq zövq verir. Klipin çəkilişləri on səkkiz saat davam edib. Buna baxmayaraq heç yorulmadım. Soyuq hovuz və havanın müsbət iki dərəcə olmasına baxmayaraq xəstələnmədim. Böyük ləzzətlə soyuq suya da girdim. Düşünürəm ki, hamısı pozitiv olmaqdan asılıdır”.