Ukraynada iki partlayış baş verdi
    • 9-02-2024, 18:40
    • 137

Ukraynada iki partlayış baş verdi

Ukraynanın cənubundakı Nikolaev şəhərində iki partlayış baş verib.

News24.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.

Hadisənin təfərrüatları barədə məlumat verilmir. Yerli hakimiyyət orqanları hələlik vəziyyətlə bağlı açıqlama verməyib.

Hazırda Dnepropetrovsk və Nikolayev vilayətlərində hava hücumu xəbərdarlığı qüvvədədir.

Qeyd edək ki, ötən gün Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində partlayışların baş vermişdi.

Mehriban Mirzəzadə