Fransa nüvə təhlükəsindən son anda qurtuldu
    • 10-02-2024, 22:15
    • 305

Fransa nüvə təhlükəsindən son anda qurtuldu


Cümə günündən şənbəyə keçən gecə Fransanın mərkəzində yerləşən Çinon Atom Elektrik Stansiyasında (AES) yanğın baş verib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə "France Bleu" radiostansiyası məlumat yayıb.

Bildirilib ki, yanğın Fransa AES-in üçüncü enerji blokunda, nüvə zonasından kənarda başlayıb. Yanğına səbəb naməlum səbəbdən yanan transformator olub.

Stansiya rəhbərliyinin sözlərinə görə, yanğınsöndürmə sistemi vaxtında işə düşüb, yanğın artıq söndürülüb, əhali və ətraf mühit üçün hər hansı təhlükə yoxdur. Eyni zamanda, qeyd edilir ki, iki istehsalat enerji blokunun fəaliyyəti növbəti xəbərdarlığa qədər dayandırılıb.

Hazırda yanğının səbəbi araşdırılır.