Cənubi Koreyada AES-də yanğın
    • 29-05-2021, 15:11
    • 406

Cənubi Koreyada AES-də yanğın

Cənubi Koreya Ulyansda "Şin-Kori" Atom Elektrik Stansiyasında yanğın baş verib.

News24.az xəbər verir ki, AES-dəki turbinlərdən biri yanğın səbəbiylə dayandırılıb. 

Yanğın təxminən bir saatdan sonra söndürülüb. Hadisənin turbin aktivatorunda yaranan problemə görə baş verdiyi bildirilib.