Oğuzda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var - VİDEO
    • 11-02-2024, 13:05
    • 137

Oğuzda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var - VİDEO


Oğuz rayonunda ağır yol qəzası baş verib.

News24.az “Report”a istinadla xəbər verir ki, hadisə Oğuz-Şəki-Yevlax avtomobil yolunun rayonun Yaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şəki rayon Qayabaşı kənd sakini, 1973-cü il təvəllüdlü Əzizov Elşən Ələfsər oğlunun idarə etdiyi “VAZ-2109” markalı avtomobil yol kənarındakı ağaca çırpılıb.

Nəticədə 1994-cü il təvəllüdlü Əzizov Eyvaz Fərman oğlu və 1994-cü il Orucov Vəli Bakir oğlu bədən xəsarətləri alıblar.

Yaralılar Oğuz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.