-
- 17-04-2019, 18:13
- 859
FHN-in nümayəndə heyəti BMMT-nin İcraiyyə Şurasının 52-ci sessiyasında
Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi vəzifəsini icra edən Belkasem Elketroussinin dəvəti ilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin rəhbərlik etdiyi nümayəndə heyəti Livan Respublikasının Beyrut şəhərində BMMT İcraiyyə Şurasının 52-ci sessiyasında iştirak edib.
Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, sessiyada Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasına 22 üzv və müşahidəçi ölkə iştirak edib.
Sessiya zamanı səsvermə nəticəsində yekdilliklə BMMT-nin Baş Assambleyasının növbəti iclasına qədər Baş katib vəzifəsini icra edən Belkasem Elketroussi yenidən həmin vəzifəyə, Baş katibin müavini vəzifəsinə isə təşkilatın Beynəlxalq Monitorinq və Koordinasiya Mərkəzinin direktoru Andrey Kudinov seçilib.
Bundan əlavə, təşkilatın tərkibində fəaliyyət göstərən Beynəlxalq Monitorinq və Koordinasiya Mərkəzi tərəfindən son bir ildə görülmüş işlər barədə geniş məlumat verilib. Qeyd olunub ki, Mərkəz tərəfindən təşkilata üzv olan ölkələrdə bir sıra layihələr, treninq və seminarlar keçirilib. Həmçinin, Mərkəzin 2019-cu il üçün treninq planı təqdim olunub.
Sessiyada fövqəladə hal risklərinin azaldılması, mülki müdafiə və əhalinin fövqəladə hallardan qorunması sahəsində son beş ildə əldə edilmiş nailiyyətlərə, həmçinin Beynəlxalq Mülki Müdafiə Təşkilatının strateji inkişaf proqramının yerinə yetirilməsi ilə bağlı məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.