ABŞ Bakıda BMT-nin Ümumdünya Turizm Təşkilatına qayıtdı
    • 17-06-2019, 14:27
    • 911

ABŞ Bakıda BMT-nin Ümumdünya Turizm Təşkilatına qayıtdı

17-18 iyunda Bakıda keçirilən BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasında Amerika Birləşmiş Ştatları yenidən təşkilata üzv qəbul olunub. 

Dövlət Turizm Agentliyindən News24.az-a verilən məlumata görə, 37 ölkədən və 5 beynəlxalq təşkilatdan rəsmi dövlət nümayəndələrinin iştirak etdiyi Bakı sessiyasında 23 illik fasilədən sonra ABŞ BMTÜTT-də yenidən təmsil olunmaq hüququ əldə edib.

ABŞ-ın təşkilata üzv olması məsələsinin müzakirəsi üçün ABŞ Dövlət Departamentinin Beynəlxalq Təşkilatlar üzrə dövlət katibinin müavini Kevin Moley, Ağ Evin Aparat rəhbərinin baş müavini Emma Katerine Doylin rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti Bakıya gəlib.

Nümayəndə heyətinin tərkibində Dövlət Departmanentinin İqtisadi işlər üzrə dövlət katibinin müavini, Kommersiya Departameninin səyahət və turizm üzrə katibinin müavini, Beynəlxalq Təşkilatlarla iş üzrə Büronun sədr müavini kimi dövlət müşavirləri təmsil olunurlar.

Azərbaycan BMTÜTT-ə 2001-ci ildə üzv olaraq qəbul olunub, 2013-cü ildən isə təşkilatın İcraiyyə Şurasında təmsil olunur.