Misir İsraili hədələdi: Tarix saziş pozula bilər!
    • 11-02-2024, 18:33
    • 267

Misir İsraili hədələdi: Tarix saziş pozula bilər!

 

Misir İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərinə girəcəyi təqdirdə, “Kemp Devid” razılaşmasını pozacağı ilə İsraili hədələyib.

News24.az axar.az-a istinadla xəbər verir ki, bu barədə “Assoşeyited Press” Misir və Qərb rəsmilərinə istinadən məlumat yayıb.

Belə ki, Misir rəsmilərinin narahatlığı 2,3 milyondan çox fələstinlini qəbul edən Rəfahın qaçqınların ən çox cəmləşdiyi yerə çevrilməsi ilə bağlıdır. Rəfaha mümkün əməliyyat dəhşətli humanitar nəticələrə və Misir ərazisinə böyük qaçqın axınına səbəb ola bilər.

Qeyd edək ki, 1978-ci ildə imzalanan Kemp-Devid müqaviləsi ilə tarixdə ilk dəfə bir ərəb ölkəsi (Misir) İsraili rəsmən tanımış və işğal etdiyi ərazilər üzərində suverenliyini qəbul etmişdir.