"Arsenal" "Vest Hem"i darmadağın etdi
    • 11-02-2024, 21:12
    • 188

"Arsenal" "Vest Hem"i darmadağın etdi


İngiltərə Premyer Liqasının 24-cü turu çərçivəsində “Vest Hem” “Arsenal”ı qəbul edib.

News24.az Axar.az-a istinadla xəbər verir ki, London derbisini Kreyq Pousonun başçılıq etdiyi hakimlər briqadası idarə edib.

Altı qol vurulduğu görüşün taleyi elə birinci hissədə həll olunub.

Matç “Arsenal”ın 6 – 0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, 24 oyundan sonra “Arsenal” 3-cü pillədə qərarlaşıb. “Topçular” “Mançester Siti” ilə eyni xal toplasa da, “şəhərlilər” əlavə göstəricilərə görə londonlulardan bir pillə yüksəkdir. Bundan başqa, “Siti”nin ehtiyatında bir oyun daha var. Turnir cədvəlində vahid lider isə “Liverpul”dur. Yürgen Kloppun yetirmələrinin 54 xalı var.