“Arsenal” London derbisindən qalib ayrılıb
    • 22-08-2023, 01:45
    • 215

“Arsenal” London derbisindən qalib ayrılıb

İngiltərə Premyer Liqasının ikinci turunun sonuncu oyununda Londonun “Kristal Pelas”ı eyni şəhərin “Arsenal” komandasını qəbul edib.

News24.az xəbər verir ki, matç Kroydon borosundakı “Selhert Park” stadionunda baş tutub.

Qırmızı vərəqə və bir qolla yadda qalan oyun “topçular”ın qələbəsi ilə başa çatıb. Belə ki, 53-cü dəqiqədə “Arsenal”ın yarımmüdafiəçisi penalti zərbəsini dəqiq yerinə yetirərək komandasını irəli çıxarıb. 14 dəqiqə sonra qonaq komandanın heyətində Takehiro Tomiyasu ikinci dəfə sarı vərəqə alaraq meydandan qovulub.

Qarşılıqlı hücumlara baxmayaraq, oyunda başqa qol olmayıb və matç “Arsenal”ın minimal hesablı qələbəsi ilə bitib./Report//