-
- 11-02-2024, 22:38
- 273
Paşinyan: "Ermənistanda NATO-ya daxil olmaq məsələsi müzakirə edilmir"
Ermənistanda NATO-ya daxil olmaq məsələsi müzakirə edilmir.
News24.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan "Telegraph"a müsahibəsində bildirib.
Onun sözlərinə görə alyansa üzvlüklə bağlı məsələ İrəvanın gündəmində deyil.
"Ermənistan Rusiya Federasiyası ilə təhlükəsizlik sahəsində əməkdaşlığı dayandırmaq fikrində deyil. Biz yalnız Aİ, Fransa, ABŞ, İran, Hindistan və digər ölkələrlə əlaqələri inkişaf etdirmək üzərində işləyirik və onlarla müzakirələr aparırıq", - deyə Paşinyan bildirib.//apa