Qəzzada gizli yeraltı baza tapıldı
    • 12-02-2024, 08:38
    • 187

Qəzzada gizli yeraltı baza tapıldı


HƏMAS terror qruplaşması Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) Qəzzada yerləşən qərargahının altında yeraltı məlumat mərkəzi yaradıb.

News24.az Trend-ə istinadən xəbər verir ki, xəbər verir ki, yeraltı kompleks İsrail ordusunun əsgərləri tərəfindən aşkar edilib.

Qeyd olunur ki, yeraltı məlumat mərkəzi özünün elektrik yarımstansiyası, sənaye akkumulyatoru təchizatı və kompüter serverlərini idarə edən Həmas terrorçuları üçün yaşayış yerləri ilə təchiz edilib. O, birbaşa BMT agentliyinin binasının altında qurulub.