Qəzzada BMT əməkdaşları ÖLDÜRÜLDÜ
    • 25-01-2024, 11:02
    • 113

Qəzzada BMT əməkdaşları ÖLDÜRÜLDÜ

Qəzza zolağında Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin binasının atəşə tutulması nəticəsində 9 nəfər ölüb, 75 nəfər yaralanıb.

News24.az xəbər verir ki, bu barədə agentliyin direktoru Tomas Uayt məlumat verib.

Məlumata görə, təhsil mərkəzinə hücum zamanı 800 nəfərin yerləşdiyi binaya iki tank mərmisi düşüb.