Yeraltı məktəblər tikilir
    • 11-01-2024, 13:42
    • 273

Yeraltı məktəblər tikilir

Rusiya ilə müharibə vəziyyətində olan Ukraynada şagirdlərin təhlükəsizliyini təmin etmək üçün yeraltı məktəblər tikilir.

News24.az xəbər verir ki,  Ukraynanın ikinci böyük şəhəri Xarkovda tikilməkdə olan ilk yeraltı orta məktəbin açılışı mart ayında olacaq.

Unian Xəbər Agentliyinin xəbərində, Rusiya sərhədindən təxminən 30 kilometr aralıda yerləşən Xarkov Sənaye Bölgəsindəki yeraltı məktəbin ventilyasiya və kanalizasiya sisteminin tamamlanma mərhələsində olduğu bildirilib.

Xəbərdə şəhərin mərkəzində və Xarkova yaxın Korotiçi qəsəbəsində də yeraltı məktəblərin tikintisinin nəzərdə tutulduğu bildirilib.

Nəzrin