-
- 17-04-2019, 18:19
- 788
SABAH tələbələri beynəlxalq məhkəmə müsaqibəsində iştirak ediblər
Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil alan SABAH qruplarının tələbələri ABŞ-ın Vaşinqton şəhərində keçirilmiş “Philip C. Jessup” Beynəlxalq Məhkəmə müsabiqəsində iştirak edib.
News24.az xəbər verir ki, müsabiqədə Elnarə Yusibova və Sonaxanım Qaybaliyeva ölkəmizi təmsil ediblər.
Qeyd edək ki, bu müsabiqə ilk dəfə 1960-cı ildə Harvard Universitetinin iki komandası arasında keçirilib. Müsabiqənin məqsədi hüquq tələbələrinin vəkillik, hüquqi yazı, hüquqi araşdırma qabiliyyəti və hüquqi nitq kimi mühüm bilik və bacarıqlarının inkişaf etdirilməsidir.
Beynəlxalq Hüquq Tələbələri Assosiasiyasının təşkilati dəstəyi ilə (ILSA) keçirilən müsabiqədə bu il 100-ə qədər ölkə 3000-ə yaxın tələbə tərəfindən təmsil olunub.