Qadınlar kişilərdən daha vəfasızmış – Alimlər deyir
    • 12-02-2024, 11:23
    • 220

Qadınlar kişilərdən daha vəfasızmış – Alimlər deyir

Bir çox insan həyatındakı şəxslə uzun və sağlam münasibət qurmaq istəyir. Ancaq araşdırmalara görə, qadınlar kişilərdən daha tez sevgilərini itirirlər.

News24.az Lent.az-a istinadla xəbər verir ki, “Journal of Psychological Science” elmi jurnalında dərc olunan araşdırmada iştirakçılardan 10 gün ərzində yarım saatlıq fasilələrlə münasibətləri ilə bağlı hiss və düşüncələrini qeyd etmələri istənilib.

Bundan sonra iştirakçılar münasibətlərlə bağlı sualları əhatə edən sorğunu tamamlayıblar. Tədqiqat nəticələrinə görə, uzunmüddətli əlaqələrdə olan qadınlar, yeni münasibətlərdə olanlara nisbətən partnyorları ilə vaxt keçirərkən təxminən yüzdə 60 daha az sevgi hiss edirlər. Kişilərin sevgi hissləri zamanla cəmi 0,4 faiz azalır.

Qadınlar zamanla sevgilərini itirirlər

Digər tərəfdən, partnyorlarına əvvəldən "çox aşiq" olduqlarını söyləyən qadınların zamanla bu hissi itirmə nisbətinin yüzdə 80 olduğu təyin olunub. Kişilər üçün bu azalma təxminən 30 faizdir. Araşdırmada münasibətlərini quran qadınların daha çox ev işlərinə və yemək bişirməyə, kişilərin isə istirahətə və yatmağa daha çox vaxt ayırdıqları müşahidə edilib.

Araşdırmanın aparıcı müəllifi Saurabh Bhargava qadınların daha çox uşaqlara baxdığına diqqət çəkərək bunun da nəticələrdə mühüm rol oynadığını bildirib. Alim qadınların partnyorlarına duyduqları sevginin bir hissəsini zamanla uşaqlarına yönəltdiyinə də diqqət çəkib. Bundan əlavə, araşdırmada ən az 8 saat ayrı qalan cütlərin yenidən bir araya gəldikdə hiss etdikləri sevginin artdığı da müəyyən edilib.