Görün Bayden Ağ Evdə Netanyahunu necə adlandırır
    • 5-02-2024, 13:29
    • 184

Görün Bayden Ağ Evdə Netanyahunu necə adlandırır

ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Binyamin Netanyahu haqqında kobud ifadələr işlədib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb. Bildirilir ki, Bayden, administrasiyada hər kəs yəhudi dövlətinin baş nazirinə şübhə ilə yanaşır.

Nəşrin yazdığına görə, Bayden dar çərçivədə Netanyahunu “pis adam” adlandırır.

Eyni zamanda Ağ Evin sözçüsü Endryu Beyts Amerika liderinin belə bir söz demədiyini bildirib. O əlavə edib ki, Bayden və Netanyahunun hörmətli münasibətləri qarşılıqlıdır.