Ögey ana övladları tərəfindən öldürüldü - FOTO
    • 12-02-2024, 17:21
    • 123

Ögey ana övladları tərəfindən öldürüldü - FOTO

İspaniyada övladlığa götürülən 13 və 15 yaşlı iki rus oğlan ögey analarını bıçaqlayıb.

News24.az bildirir ki, polis 48 yaşlı Silvia Lopez Gayubas adlı qadının meyitini qarajda aşkar edib. 

Qadının övladlığa götürdüyü 15 yaşlı yeniyetmə həbs edilib.

İspaniyada cinayət məsuliyyəti yaşına çatmayan və cinayət məsuliyyətinə cəlb oluna bilməyən 13 yaşlı azyaşlı isə rəsmi həbs olunmasa da, hazırda uşaq evində saxlanılır.

Qeyd edək ki, azyaşlılar qadına çoxsaylı bıçaq zərbələri endirib.