Yeniyetmə 31 yaşlı ögey atasını bıçaqladı
    • 2-05-2022, 23:31
    • 459

Yeniyetmə 31 yaşlı ögey atasını bıçaqladı

Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

Rayonun Nizami kəndində yetkinlik yaşına çatmayan Sübhan Babayev (Ad-soyad şərtidir – red.) ögey atası, 1991-ci il təvəllüdlü Adəm Məmmədovu bıçaqlayıb.

31 yaşlı şəxs Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş başlanılıb.

Hadisəni törədən yeniyetmə ilkin ifadəsində bildirib ki, atalığı onun bacısının qızına xoşagəlməz söz dediyinə görə bıçaqlayıb. Araşdırmalar davam etdirilir. /Qafqazinfo.az/